9 iyun 2016 18:40

Azərbaycan millisi Qəbələdə hazırlığa başlayır

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqlərə başlayır. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ölkəmizin kişi şahmatçılardan ibarət əsas komandasını qəbul edib.

Görüşdə paytaxtımızın ev sahibliyi edəcəyi Bakı Şahmat Olimpiadasına milli komandanın hazırlıq planından söhbət açılıb. AŞF-nin prezidenti Elman Rüstəmov mötəbər yarışa hazırlıq üçün şahmatçılara lazımi şəraitin yaradılacağını söyləyib. Federasiya rəhbəri qeyd edib ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi xalqımızı daim qələbələrlə sevindirib. Bildirilib ki, Ümumdünya Şahmat Olimpiadasında da komandaya böyük ümid bəslənilir.

Görüşdən sonra kişi şahmatçılardan ibarət Azərbaycan millisi  - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədov təlim-məşq toplanışında iştirak etmək üçün Qəbələyə yollanıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, kişi şahmatçılardan ibarət əsas milli komanda mötəbər yarışa hazırlıq çərçivəsində 3 təlim-məşq toplanışında iştirak edəcək. İlk hazırlıq mərhələsi Qəbələdən başlayır. Burada Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edəcək.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.