3 iyun 2016 00:15

Rauf Məmmədov: Şəmkirdə ən yaxşı oyunumu bu gün göstərdim

Şəmkirdə təşkil olunan Vüqar Həşimovun xatirə turnirinin VII turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hindistan təmsilçisi Pentala Harikrişnayla xalı yarı bölüb. Azerisport.az xəbər verir ki, partiyadan sonra keçirilən mətbuat konfransında Rauf Məmmədov qələbəni əldən buraxdığını etiraf edib:

"Partiya çox gərgin alındı. Oyundan sonra gördüm ki, qələbə qazanmaq imkanı var idi. Amma lazımi gedişləri görmədim. İndi artıq təəssüflənməyə dəyməz. Qələbə qazansaydım çox sevinərdim. Şəmkirdə hələlik ən yaxşı oyunumu bu gün göstərdim. Fabiano Karuanaya qarşı da yaxşı mübarizə sərgiləmişdim. Lakin məğlub olmuşdum. Əsas amillərdən biri nəticədir. Bu gün yaxşı oynadım, amma qələbəni əldən buraxdım".

Pentala Harikrişna isə heç-heçədən razı olduğunu bildirib: "Rauf çox yaxşı başladı. Qara fiqurlarla oynamasına baxmayaraq səhv etmədi. Sözsüz ki, bu amil oyunumu çətinləşdirdi. Qələbə qazanmaq imkanı az da olsa var idi. Lakin gedişləri düzgün görmədi. Heç-heçədən razıyam. Çünki, öz oyunumu göstərə bilmədim".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.