2 iyun 2016 20:00

Teymur Rəcəbov: Kasparovu fransız müdafiəsiylə məğlub etmişdim

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 turnirinin VII turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Rəcəbov mətbuat konfransında fransız müdafiəsindən istifadə etdiyini söyləyib:

"Fransız müdafiəsindən istifadə edərək debütdən çıxış yolları axtarırdım. İstəyirdim ki, mübarizə olsun. O zaman istənilən nəticəyə oynamaq mümkün olacaq. Fransız müdafiəsi mənə çox uğur gətirib. Harri Kasparovu məhz belə debütlə, amma fərqli variantda məğlub etmişdim. Ona görə belə oynamağa üstünlük vermişdim. Partiya isə heç-heçəyə layiq oldu. Başqa nəticə görsənmirdi".

Teymur Rəcəbov ShamkirChess2016 turnirində sərgilədiyi oyunu normal qiymətləndirib: "Əlbəttə, altı heç-heçəni planlaşdırmırdım. Bir qədər fərqli oyunlar oldu. Belə alındı ki, 7 turdan sonra altı heç-heçə və Karuanaya məğlubiyyəti xatırlamaq məcburiyyətindəyəm. Son 2 turu gözləmək istərdim. Ümumi çıxışımıza sonda qiymət verərik".

Rusiya şahmatçısı Sergey Karyakin isə 7 turdan sonra çıxışını məqbul saydığını dedi: "Rəcəbovla oyun bir istiqamətdə getdi. Qələbə üçün gedişlər görünmürdü. Rəqibim fransız müdafiəsindən istifadə etdi. Bununla belə qələbə qazanmaq mümkün olmadı. 7 turdan sonra çıxışımı məqbul sayıram. 4 xal toplamışam. Daha yaxşı çıxış edə bilərdim. Bununla belə nəticədən narazıyam deyə bilmərəm. Hər şeyi son 2 tur həll edəcək".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.