1 iyun 2016 18:20

Rauf Məmmədov: Karyakinlə heç-heçə yaxşı nəticədir

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan Rauf Məmmədov nəticədən razı qaldığını deyib. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:

"Karyakin dünya çempionluğuna iddialıdır. Sergey şahmat tacı uğrunda Maqnus Karlsenlə mübarizə aparacaq. Heç-heçə yaxşı nəticədir. Fikrimcə çox maraqlı oyun oldu. Üstünlük yox idi, amma aktiv mübarizə gedirdi. Belə də heç-heçəni yaxşı nəticə hesab edirəm. İstirahət günündən sonra Sergey kimi şahmatçıdan yarım xal almaq normaldır".

Rauf Məmmədov ShamkirChess2016 turnirinin təşkilatçılığı barədə danışaraq şəmkirlilərə təşəkkür edib: "Karyeramda iştirak etdiyim ən gözəl üç turnir Şəmkirlə bağlıdır. Ardıcıl üçüncü dəfə Şəmkirdəki yarışda mübarizə aparıram və bu yarışların hamısı təşkilatçılıq baxımından seçilir. Şəmkirlilərə təşəkkür edirəm, yarış zamanı bizləri tək qoymurlar. Növbəti illərdə də Şəmkirdə keçirilən yarışda iştirakçılar sırasında olmaq istərdim".

Azərbaycan yığmasının lideri bir neçə gündən sonra başlayacaq futbol üzrə Avropa çempionatında İngiltərə komandasına azarkeşlik edəcəyini də bildirdi: "Futbol azarkeşiyəm. Ona görə Avropa çempionatını yaxından izləyəcəm. Sözsüz ki, İngiltərənin çempion olmasını istəyirəm. Şanslar bütün komandalarda eynidir".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.