31 may 2016 00:15

Eltac Səfərli: Heç-heçə təklif etmədim ki, qələbə qazanım

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 turnirində Azərbaycan şahmatçısı Eltac Səfərli Hollandiya təmsilçisi Aniş Giriyə uduzub. Azərbaycan çempionu məğlubiyyətə layiq olmadığını deyib:

"Bu oyuna ciddi hazırlaşmışdım. Məqsəd qələbə qazanmaq idi. Yəni bu gün heç-heçə deyil, qələbə qazanmaq barədə düşünürdüm. Debütdə Girini təəccübləndirmək istədim, amma alınmadı. Fiqurları dəyişəndən sonra cüzi üstünlük əldə etdim. Heç-heçə edə bilərdim, sadəcə qələbə qazanmaq istədiyimdən mübarizəni davam etdirdim. Yekunda məğlub oldum. Səhv gedişlər istəyimə mane oldu. Heç-heçə təklif etmədim ki, qələbə qazanım. Sonda xalsız qaldım.

Şəmkirdə təşkilatçılıq yüksək səviyyədədir. Şahmatçılar üçün hər cür şərait yaradılıb. Əsl şahmat turnirinə layiq imkanlar var. Bu dəfə turnirə dostum Nicat Abasovla gəlmişəm. O yarış zamanı həm də mənə kömək edir. Rəqiblərə qarşı birgə hazırlaşırıq. Uzun müddət bir-birimizi tanıyırıq. Fikrimcə tandemimiz pis alınmayıb".

Hollandiya təmsilçisi Aniş Giri isə qələbə qazanmağın hər zaman xoş olduğunu vurğulayıb: "Eltacla diqqətli oynadım. Hiss edirdim ki, səhvimi gözləyir. Ona görə bir gedişi dəfələrlə sayırdım. Sonra üstünlük qazanmağa imkan oldu və mən bu fürsəti qaçırmadım. Oyunumuz maraqlı alındı və yekunda rəqibi mat etdim. Növbəti 4 tura ciddi hazırlaşacam. Bu ilki turnirdə mükafatçılar sırasında yer almaq istəyirəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.