31 may 2016 00:05

Teymur Rəcəbov məğlubiyyətdən danışdı

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 superturnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. Azerisport.az xəbər verir ki, partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib:

"Karuana güclü rəqibdir. Çətin partiya alındı. Debütdən sonra aşkar üstünlük hiss olunmurdu. Fiqurları dəyişəndən sonra oyun fərqli istiqamətdə inkişaf etməyə başladı. Ağlarla oynayan rəqibim düzgün gedişlərlə üstünlük qazandı və onu qələbəyə qədər davam etdirdi. Çıxış yolunu axtarsam da partiyada dönüş etmək mümkün olmadı".

Əslən italiyalı olan Fabiano Karuana isə Azərbaycan şahmatçısının səhv etdiyini bildirdi: "Qara fiqurların vəziyyəti o qədər pis deyildi. Amma səhv gedişdən sonra onları oyunu dəyişdi. Ağlar üstünlük qazandı. Qara fiqurlar üçün müdafiə olunmaq çətin oldu. Belə də şah fiqurunu əhatəyə almaq lazım gəldi. Sevinirəm ki, qələbə qazandım. Bu gün əldə olunan 1 xal istirahət gününə rahat yollanmağa imkan verəcək. Ümumilikdə turnirdəki vəziyyətimdən razıyam. Hər şey istədiyim kimi davam edir. Hazırda yekun nəticə haqda danışmaq tezdir. Sona 4 tur var. Hər şey dəyişə bilər. Əvvəlcədən söyləmişəm ki, Şəmkirdə qələbə qazanmaq istəyirəm. Ardıcıl üçüncü dəfədir bu yarışda iştirak edirəm. Nəhayət Şəmkiri qalib kimi başa vurmaq istəyirəm.

Sabah (bu gün) təşkilatçılar tərəfindən futbol oynamaq təklifi almışam. Ona görə vaxtımı futbola həsr edəcəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.