29 may 2016 21:10

Şəhriyar Məmmədyarov Hou Yifanla heç-heçədən danışdı

"ShamkirChess 2016" superturinin 4-cü turunun son oyunu Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və Çin təmsilçisi Hou Yifan arasında sona çatdı. 56-cı gedişədək davam edən görüş heç-heçə nəticələndi. Hər iki rəqib gərgin keçən oyun barədə fikirləri ilə bölüşdülər.

Şəhriyar Məmmədyarov: "Oyunu debütda bərabərləşdirdim. Sonrakı hissədə üstünlüyümü artırmaq istədim, lakin buna nail ola bilmədim. Bu gün qələbə qazanmağa israrlı idim, amma oyunun sonunda cüzi problemlərlə rastlaşdım. Dəqiq oyunla bərabərliyi saxlaya bildim. Ümumiyyətlə, mənim həmişə qadınlarla oyunum çətin alınır, amma bu dəfə problem yaşamadım, məyus olmadım və xal bölgüsü ilə ayrıldıq".

Hou Yifan: "Şəhriyar Məmmədyarov çox qüvvətli bir şahmatçıdır. Bu gün də mənim məqsədim möhkəm oynayıb, uduzamamaq idi. Məqsədimə nail oldum. Ona görə riskli gedişləri seçmirdim, vəzir sonluğunda xırda üstünlüyüm var idi, amma rəqib dəqiq oyunla heç-heçə edə bildi. Çox şadam ki, dünya şahmatının güclü simalarının biri sayılan Şəhriyar Məmmədyarov ilə sülh bağladım".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.