29 may 2016 00:10

Şəhriyar Məmmədyarov: Azərbaycandakı yarışlarda ancaq reytinq itirmişəm

ŞəmkirChess2016 superturnirində ilk qələbəsini qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Pavel Elyanov üzərində qələbədən sonra turnirin mətbuat xidmətinə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Dünənki məğlubiyyətdən sonra biz bu gün fərqli Şəhriyarı gördük. Nə baş verdi?
- Dünən özümü tanımadım. Pentala Harikrişnayla oyun çox pis alındı. Əslində bərabər oyun gedirdi. Sadəcə risk etdim. Çünki, qələbə qazanmaq istəyirdim. Nəticədə rəqib istədiyim gedişi etmədi. Artıq geriyə yol yox idi. Ona görə məğlub oldum. Halbuki məğlubiyyətə layiq deyildim. Bilmirəm nədən belə alındı. Heç özümə bənzəmirdim. Bu gün Elyanova qarşı məqsəd yalnız qələbə idi.

- Pavel Elyanovla görüşdə heç-heçə təklif edə bilərdin. Amma qələbəyə qədər oyunu davam etdin...
- Yaxşı hazırlaşmışdım. Rəqibi də yaxşı tanıyırdım. Təklif etdiyim oyuna getdi. Bu mənada çox maraqlı oyun davam etdi. Üstünlük aşkar görünməsə də qələbə qazanmağın yollarını axtarırdım. Sevinirəm ki, Şəmkirdə ilk qələbəmi qazandım. Bu turnirdəki növbəti oyunlarda mənə böyük kömək olacaq.

- Hər zaman deyirdin ki, doğma divarlar arasında oynaya bilmirsən. Bu fikirlər hələ də razısan?
- Azərbaycanda keçirilən turnirlərdə oyunum bəzən alınmır. Son 4 ildə keçirilən yarışlarda ancaq reytinq itirmişəm. İstədiyim oyunu göstərə bilmirəm. Səbəbi mənə məlum deyil. Hərdən deyirəm ki, camaat nə deyəcək? Mən hər oyunda qələbə qazanmaq istəyirəm. Dünənki oyundan sonra Elyanovla partiyada ancaq uğur qazanmaq istəyirdim. Dedim risk etsəm alınmasa, tamaşaçılar deyəcək hər il gəlirlər uduzub gedirlər. Belə olmaz axı.

- Şəmkirdə Azərbaycan şahmatçıları qalib ola bilər?
- Əlbəttə, niyə də olmasın. Sadəcə düzgün və dəqiq oynamaq lazımdır. Bu gün Şəmkirdə kifayət qədər güclü şahmatçılarımız çıxış edir.

- Hansı şahmatçını Şəmkirdə görmək istəyərdin?
- Maqnus Karlsen bu il gələ bilmədi. Ammaq Vladimir Kramnik və ya Vişvanatan Anandı burada görmək istəyərdim. Onlara qarşı oynamaq hər zaman maraqlıdır. Çox güclü olmaqlarına baxmayaraq belə rəqiblər istənilən turniri güclü yarışa çevirir.

- Elyanovla qələbə qazanandan sonra axşam necə dincələcəksən?
- Oteldə Çempionlar Liqasının finalına baxacam. Finalda "Atletiko"nun "Real"a qalib gəlməsini istəyirəm. Çünki, "Barselona" fanatıyam. Onlar kataloniyalılara qalib gəldi, heç olmasa kral klubunun çempion olmasına imkan verməsinlər.

- Bakı Şahmat Olimpiadasına hazırlıq planı təsdiqlənib. İlk hazırlıq Qəbələdən başlayacaq. Bu barədə nə düşünürsən?
- Fikrimcə, biz Şəmkirdəki yarışdan sonra mütləq sürətli hazırlığa başlamalıyıq. İlk hazırlıq Qəbələdə olacaq. Fikrimcə, bir qədər gecikirik. Təlim-məşq toplanışında ciddi işləməliyik. Millidə əhval çox yüksəkdir. Məsuliyyəti dərk edirik. Ona görə Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanmaq üçün mübarizə aparacayıq. Potensialımız yüksəkdir. Rəqiblərimizi unutmamalıyıq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.