28 may 2016 19:00

Teymur Rəcəbov: Üç turdan sonra turnirdəki nəticə haqda danışmaq tezdir

Shamkir Chess 2016 turnirində III turun görüşləri davam edir. Azerisport.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.

Partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Oyunda üstünlük yox idi. Bərabər səviyyəli oyun getdi. Ardıcıl üçüncü heç-heçə qaçılmaz oldu. Ümumiyyətlə turnirə 3 turdan sonra qiymət vermək tezdir. Bütün görüşlərdə heç-heçə oynamışam. Fikrimcə qarşıdakı görüşlərdə daha maraqlı oyun olacaq".

Jurnalistlərin uzun müddət heç bir yarışda iştirak etməməsiylə bağlı suala Teymur Rəcəbov belə münasibət bildirib: "Uzun müddət oynamamağımın heç bir xüsusi səbəbi yox idi. Sadəcə bir güclü yarışdan dəvət gözləyirdim. Amma dəvət gəlmədi, belədə planlarım pozuldu. Şahmatda belə hallar olur. Bir müddət oynamadığm kimi ola bilər ki, bir zaman ardıcıl yarışlarda iştirak edim".

FİDE Qran-Pri seriyasının yeni mövsümünə gəlincə Azərbaycan şahmatçısı bu yarışın keçirilməsini yüksək qiymətləndirdi: "FİDE Qran-Pri turniri yüksək səviyyədə olan turnirdir. Bir müddət sponsorlarla bağlı problemləri var idi. Ona görə keçirilməsi sual altında idi. Böhran təsir etmişdi. Sevindirici haldır ki, yeni mövsümdə də Qran-Pri baş tutacaq. Çox maraqlı yarışdır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.