28 may 2016 18:20

Eltac Səfərli: Rauf Məmmədovu təəccübləndirə bilmədim

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" superturnirinin 3-cü turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərlinin görüşündə qalib müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, ölkə çempionu Eltac Səfərli partiya haqda bunları deyib:

"Raufla bir-birimizə qarşı çox oynamışıq. O məni, mən də onu yaxşı tanıyıram. Debütdə istədim Raufu təəccübləndirim, amma alınmadı. Düzgün gedişlərlə müdafiədə səhv etmədi. Heç-heçə oyuna görə olan nəticədir. Digər tərəfdən etiraf edirəm ki, doğma meydanda həmyerlilərimizə qarşı çıxış etmək asan deyil. Bir qədər fərqli hisslər yaranır. Uzun müddətdir eyni komandada çıxış edirik. Azərbaycan millisində birgə oynayırıq, eyni zamanda uşaq vaxtlarından bir məşq edirik. Dostla partiyada qələbəyə oynamaq çətindir".

Azərbaycan çempionu sentyabrda Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasından da danışıb. Onun sözlərinə görə Azərbaycan millisi mötəbər yarışa ciddi hazırlaşacaq: "Olimpiada Bakıda keçirildiyindən ciddi hazırlıq planı tərtib olunub. Shamkir Chess 2016-dan sonra bütün diqqətimiz hazırlığa yönələcək. Bakıda planetin ən güclü komandaları gələcək. Azərbaycan millisinin potensialı yüksəkdir. İki dəfə Avropa çempionu olmuşuq. Yalnız şahmat olimpiadasında mükafatımız yoxdur. Proqnoz vermək istəməzdim. Sadəcə onu deyim ki, hər bir şahmatçımız məsuliyyəti başa düşür".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.