27 may 2016 20:30

Şəhriyar Məmmədyarov məğlubiyyətin səbəbini açıqladı

Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində II tur sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Pentala Harikrişnaya məğlub oldu.

Partiyadan sonra Harikrişna qələbəni belə şərh etdi: "Məmmədyarovla oyun mənim üçün yaxşı başladı. Onun belə oyununa hazır idim. Partiyada dönüş rəqibim gedişi görməyəndə oldu. Həmin səhvdən istifadə edərək yeni oyun başladım. Sonda qələbə mənim oldu. Bir qələbə heç nə demək deyil. Turnir indi başlayır".

Şəhriyar Məmmədyarov isə məğlubiyyətlə yanaşı turnirin əhəmiyyətindən danışıb: "Maraqlı debüt oynamaq istəyirdim. Sadəcə istədiyimi şahmat lövhəsində reallaşdıra bilmədim. Ona görə də uduzdum. Hər şey qaydasındadır. Bir məğlubiyyətə görə üzülməyə dəyməz.

Turnirin əhəmiyyəti haqda əvvəllər də danışmışam. Ən əsası yarış komanda yoldaşımız, dostumuz Vüqar Həşimovun xatirəsinə keçirilir. Vüqar hər zaman yadımızdadır. Uzun illər eyni yarışlarda iştirak etmişik, Azərbaycan millisinin şərəfini qorumuşuq. Onun xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Bu turnirdə iştirak etmək bizə xoşdur".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.