27 may 2016 20:00

Eltac Səfərli: Xanım şahmatçı ilə oynamaq mənə xoş oldu

Synergy Group-un dəstəyilə keçirilən ShamkirChess2016 turnirində II turun daha bir oyunu başa çatdı. Azerisport.az xəbər verir ki, Çin idmançısı Hou Yifan Azərbaycan çempionu Eltac Səfərliylə heç-heçə oynayıb.

Partiyadan sonra Hou Yifan jurnalistlərin suallarına cavab verib: "Eltaca qarşı maraqlı oyun alındı. Üstünlüyüm var idi. İnkişaf etdirərək qələbə qazanmaq istəyirdim. Sonra səhvlərim oldu. Ümumilikdə oyunumdan razıyam.

Şəmkir turnirində çıxış etdiyim üçün xoşbəxtəm. Gələcəkdə ancaq kişi şahmatçılarla oynamaq barədə düşünmürəm. Fərqi yoxdur - kişi və ya qadın şahmatçı. Kişi şahmatçılardan ibarət Çin millisi son illər böyük uğurlar qazanıb. Ona görə həmin heyətə düşmək asan deyil. Reytinqə görə millinin üzvlərindən geri qalıram. Bəlkə əmsallarımı artırsam gələcəkdə kişilərin yığmasında oynamaq mümkün olar".

Eltac Səfərli isə partiyanın onun üçün çətin alındığını etiraf edib: "Xanım şahmatçıyla oynamaq mənə xoşdur. Özü də Yifan kimi xanımla. O qadınlar arasında dünya çempionudur. Ciddi rəqibdir. Bu mənada asan oyun olmadı. Səhvdən sonra rəqib üstünlük əldə etdi və nəticədə məğlub ola bilərdim. Heç-heçə yaxşı nəticədir. Hazırda turnirin başlanğıcıdır, ona görə indidən yekun haqda danışmaq düz olmaz. Məqsədim Şəmkir turnirini ilk beşlikdə bitirməkdir".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.