27 may 2016 15:00

FİDE prezidenti Təşkilat Komitəsinin sədri ilə görüşdü

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib. Kirsan İlyumjinov söyləyib ki, Bakı şəhəri indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə yarışın tarixində yeni səhifə açacaq.

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun da iştirak etdiyi görüşdə Bakı Şahmat Olimpiadasının hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib. (Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.