26 may 2016 21:30

Rauf Məmmədov: Ən çox çəkindiyim rəqib Hou Yifandır

Synergy Group-un dəstəyilə keçirilən ShamkirChess2016 turnirinin ilk turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giriylə xalı yarı bölüb. Azerisport.az xəbər verir ki, Rauf Məmmədov partiya haqda bunları deyib:

"Giriylə bir sıra turnirlərdə qarşılaşmışıq. Debütdən sonra fərqli mövqelərimiz oldu. Şəmkirdə zəif rəqib yoxdur. Ona görə püşkdən danışmaq düzgün olmaz. Sözün düzü, mənim üçün burada ən uğursuz rəqib Hou Yifandır. 9-cu turda onunla qarşılaşmalıyıq. Bilmirəm necə olacaq. Qadınlarla oyunum alınmır. Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindir. Məhz buna görə 9-cu turdakı görüşü indidən düşünürəm. Yifanla oyuna necə hazırlaşacağım maraqlıdır".

Aniş Giri də yarım xaldan razı olduğunu deyib: "Normal oyun getdi. Startda risk etmək istəmirik. Adətən startdan sonra qələbə və məğlubiyyətlər başlayır. Çox sevinirəm ki, burada mübarizə aparıram. Şəmkirdə olduğumdan məmnunam. Mənim üçün uğursuz rəqib özüməm. Daha doğrusu uğursuz rəqib yoxdur, uğursuz gün var. Ola bilər ki, əhvalım pis olsun  və mən həmin gün ən zəif şahmatçıyla oynamağı bacarmayım. Digər tərəfdən yaxşı əhvalım olsa istənilən rəqiblə mübarizə aparmağa qadirəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.