26 may 2016 21:00

Eltac Səfərli: Məğlubiyyətdən başqa istənilən sonluq yaxşı nəticə idi

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin ilk turunda Azərbaycan şahmatçısı Eltac Səfərli Ukrayna təmsilçisi Pavel Elyanovla heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu partiyadan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb:

"Şəmkir turnirində zəif rəqib yoxdur. Ona görə də heç-heçəni pis nəticə saymaq olmaz. Elyanov güclü rəqibdir. Püşkdə bəxtimin gətirməməsini deyə bilmərəm. Çünki, burada zəif şahmatçı yoxdur. İlk tur üçün məqsədim ən azı heç-heçə etmək idi. Məğlubiyyətdən başqa istənilən sonluğu yaxşı nəticə hesab edəcəkdim.

Maraqlı oyun oldu. Oyunun əvvəlində azacıq üstünlük olsa da, ardıcıl səhvlərə yol verdim. Partiyanı uduzmağa yaxın idim. Sonra Pavel səhv elədi və mən 1-2 gedişlə qələbənin əsasını qoya bilərdim. Lakin həmin gedişləri tapmaqda çətinlik çəkdim.Heç-heçə pis nəticə deyil. Turnir indi başlayır. Hazırda turnirin həyəcanı davam edir".

Ukrayna şahmatçısı Pavel Elyanov ShamkirChess 2016 haqda xoş sözlər deyib: "Təşkilatçılıq yüksək səviyyədədir. Bizim üçün lazımi şərait yaradılıb. Oyuna gəlincə Eltacla partiya asan olmadı. Ardıcıl səhvlər qələbə qazanmağıma mane oldu. Yaxşı uduzmadım, startda məğlubiyyət yaxşı hal deyil".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.