26 may 2016 20:40

Teymur Rəcəbov: Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çin idmançısı Hou Yifanla bərabərə qalıb. Azerisport.az xəbər verir ki, ilk turda yarım xal qazanan Teymur Rəcəbov görüş haqda bunları deyib:

"Mənim üçün xanım rəqib və ya əksinə, fərqi yoxdur. Əsas odur ki, lazım olanda həlledici gedişi etmək lazımdır. Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü.

Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Hou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz".

Çin idmançısı, qadınlar arasında dünya çempionu Hou Yifan isə söylədi ki, ilk turun nəticəsindən razıdır: "Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt deməmişəm ki, qadınların yarışında iştirak etməyəcəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.