26 may 2016 12:30

Azad Rəhimov: Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin açılış mərasimində iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov yarış haqda fikirlərini mətbuat xidmətinə bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu idi. Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir. "ShamkirChess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir çox yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər. Qarşıda şahmatsevərləri 10 maraqlı yarış günü gözləyir".

Qeyd edək ki, ShamkirChess 2016 superturniri iyunun 4-də başa çatacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.