26 may 2016 11:15

Vüqar Həşimovun xatirə turnirinin açılış mərasimi keçirildi

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək qonaqları ölkəmizdə salamlayıb. O, Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib. İcra başçısı iştirakçılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov mərhum qrossmeyster Vüqar Həşimovun şahmat karyerasından söz açıb. O, şahmatçımızın yığma komandamızdakı xidmətlərindən danışıb və qrossmeysterimizin dünyanın ən güclü şahmatçılarından biri olduğunu qeyd edib.

"ShamkirChess” superturnirində dünyanın ən güclü şahmatçıları iştirak edir. Onlar Vüqar Həşimovun xatirəsinə dərin ehtiramlarını bildirirlər. Bu mötəbər turnirin təşkilində əməyi olan hər kəsə böyük minnətdarlığımı bildirirəm", - deyə nazir əlavə edib.

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycanda olmaqdan məmunluğunu ifadə edib. O, Vüqar Həşimovun xatirə turnirinin ənənəvi hal aldığnı bildirib: "Bu turnir FİDE-nin təqvimində xüsusi yer tutur. Buradə ən güclü şahmatçılar mübarizə aparırlar. Azərbaycanda şahmata dövlət səviyyəsində diqqət göstərilir. Ölkə rəhbərliyinə şahmata göstərdiyi qayğıya görə minmətdarlığımı bildirirəm. Dünən 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 qalması ilə bağlı geriyə sayıma start verildi. Əminik ki, Bakı Şahmat Olimpiadası dünya şahmat tarixində indiyədək keçirilən ən yaxşı olimpiada olacaq".

Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirin ənənəvi olaraq təşkil edilməsinə görə minnətdarlığını bildirib. O, xatirə turnirinin açılış mərasimində FİDE prezidenti, gənclər və idman naziri, icra başçının iştirakının bu yarışın əhəmiyyətindən xəbər verdiyini deyib. Həşimov şahmata dövlət səviyyəsində göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonra "ShamkirChess 2014 və 2015" turnirlərindən hazırlanmış videoçarx nümayiş olunub.

"Synergy Group" şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev çıxış edib və turnir açıq elan olunub.

Daha sonra yarışın püşkatma mərasimi keçirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.