25 may 2016 00:35

Bakı Şahmat Olimpiadasının maskotu Şah oğlan oldu

Bakı Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictmaiyyətə və mediaya təqdim olunub. Azerisport.az xəbər verir ki, 2016-cı ilin martında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən elan olunan Milli Yaradıcılıq Müsabiqəsinə 600-dən çox müxtəlif rəsmlər daxil olub. Müsabiqə başa çatandan sonra Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi bütün rəsmləri müzakirə edərək, Musa Cəngiyevin müəllifi olduğu maskotu qalib elan edib.

Musa Cəngiyev müəllifi olduğu maskot haqda bunları deyib: "Şahmat haqda bir sıra məlumatlar topladıqdan sonra maskotun hazırlanmasına başladım. Təqdim etdiyim gənc şahmatçı obrazıdır. Eynək geyinib. Qara saçları və qaşları bizə məxsus olan cizgilərdir. Həmin gəncin geyimini milli və modern üslübunda həll etdim. Şah şahmatda da vacib fiqurlardandır. Bizim tariximizdə də şahlar olub. Ona görə gənci şahlara məxsus xalata geyindirdim. Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür. Bu oğlanın köynəyi, şalvarı və ayaqqabısı müasir tərzdə həll edildi. Rəsmi hazırlayarkən bir qədər enerjili və düşünməyi sevən obraz yaratmağa çalışırdım. Çox şadam ki, mənim rəsmim Bakı Şahmat Olimpiadasının rəsmi maskotu elan edilir".

42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu "ŞAH OĞLAN" (CHESS MATE) adlandırılıb. 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.