25 may 2016 00:25

Bakı Şahmat Olimpiadasına geriyə sayım başladı

Mayın 24-də “Baku Crystal Hall”-da bu il sentyabrın 1-dən 14-dək Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlamasına 100 gün qalması şərəfinə mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Bakı Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış geriyə sayım tədbiri baş tutub. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov iştirak edib.

A.Rəhimov çıxışında bildirib ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafında töhfələrdən danışıb, ölkənin indiki rəhbərliyinin Ulu Öndərin kursuna sadiqliyini vurğulayıb. Qeyd olunub ki, yarışlarda 170-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir, bu da olimpiadanı ən böyük yarışma səviyyəsinə qaldırır. Bu fakt həm də ölkəmizin yenidən özünü nümayiş etdirmək imkanı qazanmasından və bütün dünyadan böyük sayda turisti özünə cəlb edəcəyindən xəbər verir.

Nazirin sözlərinə görə, Azərbaycanın böyük beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirmək təcrübəsi var. Bu baxımdan təşkilati məsələlərin həll üçün böyük işlər görülüb.

K.İlyumjinov çıxışında bildirdi ki, şahmat olimpiadası kəmiyyət və keyfiyyət komponentləri baxımından mühüm hadisə kimi tarixə düşəcək. FİDE-nin prezidenti xatırladıb ki, 2008-ci ildə Azərbaycanda şahmatın inkişafına dair dövlət proqramı qəbul edilib, çoxlu turnirlər keçirilir, ixtisaslaşdırılmış məktəblər açılır. Bütün bunlar ölkə rəhbərliyinin idmanı, o cümlədən şahmatı əhali arasında populyarlaşdırma ilə ciddi şəkildə məşğul olduğunu nümayiş etdirir. K.İlyumjinov Olimpiadaya təşkilati hazırlığı yüksək qiymətləndirib və onun keçirilməsinə heç bir maneə olmadığını bildirib.

Sonra tədbir iştirakçılarına yarışın maskotu, Musa Cəngiyevin “Chess Mate”i (“Şah oğlan”) təqdim edilib. Müəllifin sözlərinə görə, maskot gənc azərbaycanlı şahmatçının ümumiləşdirilmiş obrazını ehtiva edir. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov qalibə sertifikat və 1000 manat pul mükafatı təqdim edib.

Sonra Olimpiadanın başlamasına gerisayımın rəsmi hesablanmasına start verilib. (Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.