23 may 2016 14:15

Azərbaycan millisinin ilk hazırlığı Qəbələdə olacaq

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri və məşqçilərlə görüş keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramı müzakirə edilib və şahmatçıların fikirləri öyrənilib.

İclasda şahmatçıların hazırlığı üçün lazımi şəraitin yaradılacağı bildirilib. Mötəbər yarışda ölkəmizi təmsil edəcək bütün komandalar üçün təlim-məşq planının hazırlandığı diqqətə çatdırılıb. Ümumdünya Şahmat Olimpiadasında kişi şahmatçılardan ibarət Azərbaycan yığmasına böyük ümid bəslənilir. Buna görə də şahmatçıların olimpiadaya yüksək səviyyədə hazırlaşması üçün proqram tərtib edilib. 

Azərbaycanın əsas yığma komandası Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında iştirak edəcək. Hazırlığın ilk mərhələsi Qəbələdə baş tutacaq.

İclasda həmçinin əsas yığma komandanın yoldaşlıq görüşü keçirməsi üçün Bakıya xarici komandaların dəvət olunması müzakirə edilib. Xatırladaq ki, Azərbaycan təşkilatçı ölkə kimi Bakı Şahmat Olimpiadasında 3 kişi və 3 qadın yığmasıyla təmsil olunacaq. (Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.