19 may 2016 14:00

Teymur Rəcəbov: Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi hadisədir

Azerisport.az sizi Azərbaycan şahmatçısı Teymur Rəcəbovun müsahibəsi ilə tanış edir.

- Uzun müddət Teymur Rəcəbov heç bir yarışda iştirak etmir. Səbəbini bilmək olar?
- Bu müddətdə güclü heyətin təmsil olunduğu super turnirdə iştirak etməyi planlaşdırırdım. Amma dəvət almadım. Buna görə də demək olar ki, məşq və hazırlıq planlarım pozuldu.

- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun ənənəvi xatirə turnirində iştirak edəcəksiniz. Hansı hədəflər uğrunda mübarizə aparacaqsınız?
- Həmişə turnirlərdə maksimum nəticə uğrunda mübarizə aparmağa çalışıram. Şəmkirdə də mümkün qədər yaxşı çıxış etməyə çalışacam.

- Dünya çempionu Maqnus Karlsen bu dəfə Şəmkirdəki turnirdə olmayacaq. Sizcə, onun yoxluğu rəqabətə təsir edəcək?
- Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə sonuncu çıxışım zamanı Maqnus Karlsenlə görüşlərdən birində qələbə qazanmağa nail olmuşdum. Ona görə Karlsenin bu dəfə də Şəmkirdə mübarizə aparması daha yaxşı olardı. Karlsen bu turnirdə iştirakçılar sırasında olsaydı, sözsüz o favorit olacaqdı. Onun yoxluğunda isə digər şahmatçılar arasında qələbə uğrunda rəqabət artacaq.

- Hazırda hansı məşqçiylə işləyirsiniz?
- Belə məlumatları mətbuata ötürməməyə üstünlük verirlər. Məşqçi heyəti məlum olanda, rəqiblər şahmatçıya qarşı necə hazırlaşmağı daha yaxşı bacarır.

- Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. Bu yarışın Azərbaycan paytaxında təşkili Sizin üçün nə deməkdir?
- Biz - Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışın Bakıda keçiriləcəyinə görə fəxr edirik. Azərbaycan çoxlu sayda vacib yarışları təşkil edir. Layiqli olaraq Azərbaycan dünyada mötəbər idman yarşlarını keçirən ən yaxşı təşkilatçı ölkə kimi tanınır. Şahmat Olimpiadasının Bakıda təşkili eyni zamanda biz şahmatçıların məsuliyyətini artırır. Mümkün qədər yaxşı çıxış edərək azarkeşlərimizə sevinc bəxş etmək istəyirik.

- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasından Bakıdakı olimpiadada hansı nəticəni gözləmək olar?
- İstədiyimiz mübarizəni göstərsək, milli komandamızdan ən yüksək nəticələri gözləmək olar. Unutmaq olmaz ki, Azərbaycan yığması ikiqat Avropa çempionudur.

- Şahmat Olimpiadası Azərbaycan idmanına nə verəcək?
- Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi və əlamətdar hadisədir. Bu, bütün dünyada o cümlədən ölkəmizdə şahmatın təbliğinə böyük təkan olacaq. Olimpiada dünya mətbuatında geniş işıqlandırılır. Olimpiada uşaqların şahmata cəlb olunmasına da kömək edəcək. İnkişaf üçün gənc nəslin şahmatla məşğul olması vacibdir. Şahmatla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olacaqlar. 

- Azərbaycanda hazırda şahmatın vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan millisinin ikiqat Avropa çempionu olduğunu qeyd etdim. Millimiz müxtəlif illərdə qitə birinciliyinin gümüş və bürünc mükafatçısı olub. Azərbaycan şahmatçılarından mənimlə Şəhriyar Məmmədyarov iki dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmişik. Azərbaycan şahmatının potensialı yüksəkdir.

- Olimpiadada Azərbaycan 3 kişi, 3 qadın komandasıyla çıxış edəcək. Sizcə, gənc şahmatçılara olimpiadada iştirak necə təsir edəcək?
- Şübhəsiz ki, bizim gənc şahmatçılarımız böyük təcrübə qazanacaq. Psixoloji mübarizədə böyük məktəb keçəcəklər. Daha yüksək səviyyəyə yüksəlmək üçün təkan olacaq. Ümid edirəm ki, Bakı Şahmat Olimpiadasından sonra kişi və qadın yığma komandalarımız güclü ehtiyat qüvvə əldə edəcək.

- 2016-cı ildə hansı yarışlarda iştirak edəcəksiniz?
- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun xatirə turnirində iştirak edəcəyəm. Sonra Ümumdünya Şahmat Olimpiadası, ardınca komandalar arasında İspaniya çempionatında, Korsikada sürətli şahmat üzrə turnirdə mübarizə aparacam. İlin sonunda isə Qətərdə təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında çıxış edəcəm. (Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.