18 may 2016 14:45

Məktəblərdə Bakı Şahmat Olimpiadası haqqında silsilə tədbirlər keçirilir

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə təhsil proqramı çərçivəsində şagirdlər üçün silsilə tədbirlər həyata keçirir. Azerisport.az xəbər verir ki, layihə çərçivəsində məktəblilərə Azərbaycan və rus dillərində şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilir.

Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumat verilir. Tədbirin sonunda şagirdlərlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin nümayəndələri arasında sual-cavab xarakterli müzakirələr aparılır.

Layihəyə Naxçıvandan başlanılıb. Tədbirdə 7 məktəbdən 300-dən artıq şagird iştirak edib. 

Qarşıdakı günlərdə paytaxt Bakı ilə yanaşı Gəncə, Şəmkir və Sumqayıt şəhərlərində də şagirdlərlə görüşlər təşkil olunacaq.

Layihənin əsas məqsədi Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına olan marağı artırmaq və şahmatda kütləviliyi təmin etməkdir. (Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.