16 may 2016 15:00

Şahmat Olimpiadasının açılış mərasimi Gimnastika Arenasında keçirilə bilər

Sentyabrda paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminə hazırlıq işləri davam edir. Azerisport.az Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda təşkilatçılar açılış mərasiminin təntənəli keçirilməsi üçün paytaxtda yerləşən arenalara baxış keçirir. Bu məqsədlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, FİDE rəsmiləri eləcə də "Amapola" şirkətinin nümayəndələri Milli Gimnastika Arenasında olub. Avropanın ən gözəl idman qurğularından sayılan Milli Gimnastika Arenasında yaradılan şərait yüksək qiymətləndirilib. Bildirilib ki, arenada təntənəli açılış mərasimini təşkil etməyə hər cür şərait var.

Qeyd edək ki, 9 000 tamaşaçını qəbul etməyə hazır olan Milli Gimnastika Arenasının dizaynı çox funksiyallıgını nümayiş etdirməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000-dən 9 000-ə qədər artırıla bilər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan arena Avropanın ən gözəl idman qurğularından biri hesab edilir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.