11 may 2016 12:20
Şahmatçılarımız Avropa çempionatına qatılmaqdan imtina etdilər
Mayın 11-də Kosovanın Qyakovo şəhərində şahmat üzrə kişilərin fərdi Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, 262 şahmatçının mübarizə apardığı yarışda azərbaycanlı şahmatçılar iştirak etmir.
Buna səbəb ölkəmizin Kosovanı müstəqil dövlət kimi tanımamasıdır.
Qeyd edək ki, qadınların analoji yarışı mayın 26-dan iyunun 8-dək Rumıniyada keçiriləcək.
