11 aprel 2016 18:00

"Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm"

FİDE vitse-prezidenti Georgios Makropulos Bakıya səfərin yekunlarıyla bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsini icra edən Makropulos gördüklərindən razı qaldığını bildirib:

"Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Hazırlıq plan üzrə davam edir. Səfər zamanı olimpiadanın keçiriləcəyi Crystal Hall-da olduq. Çox möhtəşəm arenadır. Olimpiada zamanı şahmatçılar üçün hər cür şərait yaradılacağına əmin olduq. Kütləvi yarış olduğu üçün eyni zamanda 300-dən çox komanda yarışacaq. Ona görə geniş məkan vacibdir. Crystal Hallda dediyimiz böyük məkan var. Nəqliyyat və viza məsələləriylə bağlı danışdıq. Fikrimcə təşkilatçılar işlərinə ciddi yanaşıblar. Çünki, bu məsələdə problem olmayacağını düşünürəm. Biz eyni zamanda arenada təhlükəsizlik, media otaqları və tamaşaçılar üçün ayrılan yerlərlə tanış olduq. Hazırlıq demək olar ki, həlledici mərhələyə qədəm qoyur".

Georgios Makropulos Azərbaycan paytaxtının şahmat yarışlarını keçirmək üçün böyük təcrübəyə sahib olduğunu bildirdi: "Bakı indiyə qədər şahmat üzrə Qran-Pri, Dünya Kuboku kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Olimpiada şahmat aləmində ən böyük turnirdir. 175-dən çox ölkənin iştirakı gözlənilir. Bütün şahmat aləminin diqqəti Bakıya yönələcək. Bu mənada hər bir detala ciddi yanaşmaq önəmlidir. Bakıda olduğumuz zaman iştirakçı və qonaqların məskunlaşacağı otellərlə əməkdaşlıq müqavilə imzalandı. Fikrimcə Azərbaycan şahmat tarixində ən yaxşı olimpiadanı təşkil edəcək".

Bundan sonra FİDE rəsmiləri 42-ci Bakı Şahmat Olimpiadasının hazırlıq işləriylə tanış olmaq üçün hər ay Bakıya səfər edəcək. Bu barədə Makropulos məlumat verdi: "İndiyə qədər görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımızdan hər ay nümayəndələrimiz Azərbaycana gələcək. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, olimpiada vaxtı FİDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirə hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq".

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. (Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.