18 mart 2016 18:00

Rauf Məmmədov: Bu hissi sözlə izah etmək çətindir

Azərbaycan qrossmeysteri Rauf Məmmədov müsahibəsində Çində dünya intellektual oyunlarının blits turnirində qələbə qazanmasından, ölkə çempionatında iştirak edə bilməməsindən, eləcə də Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasından danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Söhbətə Çində keçirilən intellektual oyunlardan başlamaq istərdik. Blits turnirdə 1-ci yeri tutmaqla qızıl medal qazandın. Yarış ərəfəsində uğur qazanacağına inam var idi? 
- Çində İntellektual Oyunlar artıq 5 ildir təşkil olunur. Buna baxmayaraq karyeramda ilk dəfə bu yarışda iştirak etməyə dəvət aldım. Əvvəlcə rapid yarışlarında qaliblər məlum oldu. Həmin turnirdə Şəhriyar Məmmədyarov qızıl medala layiq görüldü. Blitsdən əvvəl Şəhriyar mənə demişdi ki, bu turnir də bizlikdir. Yəni blitsdə də uğur qazanmalıyıq. Nəticədə blitsdə qızıl medal qazandım. Üç yarışdan ikisində Azərbaycan qrossmeysterləri uğur əldə etdi. Sevindirici haldır ki, Çində iki dəfə Azərbaycan bayrağı yüksəldi, iki dəfə himnimiz səsləndirildi. Bu hissləri sözlə izah etmək çətindir. 

- Turnirdə sənin üçün ən çətin görüş hansı oldu? 
- Son görüşü qeyd edə bilərəm. Dinq Lirenlə mübarizəmiz maraqlı alındı. 1 xal geridə olduğu üçün qələbə qazansaydı, yarışı lider kimi başa vuracaqdı. O zaman qalib olacaqdı. Çinin ən güclü şahmatçısıyla görüş asan olmadı. Qələbə qazanmaq çətin olsa da, vacib idi. Şadam ki, Bakıya qızıl medalla qayıtdım. 

- Bu günlərdə Azərbaycan çempionatı keçirilir. Hansı səbəbdən çempionatda iştirak etmirsən?
- Çindəki yarışda çox yorulmuşam. Ona görə ölkə çempionatında iştirak edə bilmədim. Hiss edirdim ki, istirahətə ehtiyac olacaq. Məhz bu səbəbdən bu il Azərbaycan çempionatında iştirakçılar arasında deyiləm. Çempionatda iştirak edən bütün həmkarlarıma uğur arzulayıram. Fikrimcə, çempion Qədir Hüseynov, Eltac Səfərli və ya Vasif Durarbəylidən biri olacaq. Yarışın ən təcrübəli şahmatçıları onlardır.

- Hazırda Moskvada dünya çempionluğuna iddiaçıların turniri keçirilir. Qalib şahmat tacı uğrunda hazırkı çempion Maqnus Karlsenlə görüşəcək. Necə düşünürsən, iştirakçılardan hansı Karlseni tituldan məhrum edə bilər?
- Moskvada ən güclü şahmatçılar toplaşıb. Hazırda yarışın əvvəlidir, ona görə yekun haqda danışmaq tezdir. Bununla belə Karlsenin titulunu qoruyacağını düşünürəm. Maqnusu dayandırmaq çətindir. Norveçli bu il də titulunu qoruyacaq.

- Bakıda keçiriləcək Şahmat Olimpiadası haqda fikirlərini bilmək istərdik. Şahmatçı kimi sizin olimpiada üçün ikiqat önəmli hadisə olacaq. 
- Hər zaman şahmat olimpiadasında iştirak üçün başqa ölkələrə səfər edirdik. İndi isə hamı Bakıya gələcək. Çox önəmli hadisədir. Bakı Şahmat Olimpiadasının Azərbaycan idman tarixində xüsusi yeri olacaq. 2500-ə yaxın şahmatçı, məşqçi və qonaq paytaxtımıza səfər edəcək. Bu yarışın yüksək səviyyədə təşkil olunacağına inanıram. Ötən il Dünya Kubokuna ev sahibliyi etdik. Hamı yarışdan razı qaldı. Bu mənada şahmat olimpiadasında da qonaqların Bakının yüksək təşkilatçılığını görəcəyinə əminəm. 

- Azərbaycan şahmatçıları bu yarışa necə hazırlaşır? 
- Azərbaycan Şahmat Federasiyasında görüşümüz olacaq. Komandalar üçün turnirə hazırlıq planıyla tanış olmalıyıq. Bu yarışda Azərbaycan həm qadınlar, həm də kişilər arasında 3 komandayla təmsil olunacaq. Gənclər üçün böyük şansdır. Əsas komandayla yanaşı gənc şahmatçıların olimpiadada çıxış etməsi yaxşı haldır. Gənclər böyük təcrübə qazanacaqlar. Onların hər biri özünü göstərmək imkanı əldə edəcək.

- Azərbaycan şahmatçılarının Bakıda olimpiadada uğur qazanmaq şansları necədir?
- Bu barədə hazırlıqdan sonra danışmaq olar. Sözsüz ki, məsuliyyəti hər birimiz başa düşürük. Komanda olaraq hər birimiz istərdik ki, Bakıdakı olimpiadada uğurlu çıxış etməyi bacaraq. (Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.