9 fevral 2016 00:15

Qədir Hüseynov Firdovsi Open beynəlxalq şahmat turnirində bürünc mükafat qazandı

İranın Məşhəd şəhərində keçirilən “Firdovsi Open” beynəlxalq şahmat turniri yekunlaşıb. Azerisport.az xəbər verir ki, sonuncu turda Qədir Hüseynov Ermənistan təmsilçisi Hovannes Qabuzyanla heç-heçə edib.

Vüqar Əsədov yerli şahmatçı Eski Abolfazi Kazemiyan üzərində qələbə qazanıb. Azər Mirzəyev isə Litva təmsilçisi Virginyus Qrabliauskasla xalları yarı bölüb.

Beləliklə, Qədir Hüseynov 9 oyundan 7 xal toplayaraq 3-10-cu yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə, Hüseynov turnirin bürünc mükafatına layiq görülüb. Vüqar Rəsulov 6.5 xalla 11-ci, Azər Mirzəyev isə turniri 16-cı pillədə başa vurub. 

Turnirin qalibi adını isə aktivinə 7.5 xal yazaraq Rusiya şahmatçısı Pavel Malatin qazanıb.

Qeyd edəki, turnirdə ölkəmizlə yanaşı  Gürcüsütan, Əfqanıstan, Ermənistan, Rusiya, Ukrayna, Niderland, Litva, İran və İraqdan 178 zəka sahibi birincilik uğurunda mübarizə aparırdı.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.