6 noyabr 2015 12:30

Məhəmməd Muradlı dünya çempionu oldu

Halkidikidə keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatda Azərbaycanla yanaşı 92 ölkədən 1500-dən artıq zəka sahibi mübarizə aparıb. Ölkəmizi bu yarışda müxtəlif yaş qruplarında 15 şahmatçı təmsil edib.

Yekun turda 12 yaşadək oğlanların çempionatında mübarizə aparan təmsilçimiz Murad Məhəmmədli Rusiya şahmatçısı Arseniy Nesterov üzərində qələbə qazanaraq Dünya çempionu adını qazanıb. Çempionatın əsasnaməsinə görə ilk altılığa düşən şahmatçılar  mükafatlandırılıb. Mükafatçılar arasında həmyerlilərimiz - Aydın Süleymanlı, Ayan Allahverdiyeva və Səmra Qasımova da olub. Belə ki, 10 yaşadək oğlanların çempionatında iştirak edən həmyerlimiz Aydın Süleymanlı liderlərdən yarım xal az toplayaraq 8.5 xalla 3-5-ci yerləri bölüşdürüb. 8 yaşadək qızların yarışında Səmra Qasımova 8 xal toplayaraq 5-6-cı yerləri bölüşdürüb. Ayan Allahverdiyeva isə 10 yaşadək qızların çempionatında aktivinə 8 xal yazaraq 4-9-cu yerləri bölüşdürüb və əlavə göstəricilərə görə 6-cı yerin sahibi olub.

Digər təmsilçilərimiz də uğurlu çıxış edərək ilk onluğa düşüblər. Muradlı ilə eyni qrupunda mübarizə aparan digər həmyerlimiz - Əhməd Əhmədzadə sonuncu turda rəqibi ilə xalları yarı bölüb və 8 xalla ilk onluqda qəraralaşıb. Biləsuvar şahmat məktəbinin yetişdirməsi Xəzər Babazadə isə 8 xal toplayaraq 9-cu yerin sahibi olub. 14 yaşadək qızların yarışında mübarizə aparan Xanım Balacayeva aktivinə 7.5 xal yazaraq 8-15-ci yerləri bölüşdürüb. 18 yaşadək qızlar arasında yarışan Aytən Əmrayeva isə çempionatı 11-ci pillədə başa vurub.

Həmçinin, ölkəmiz ümumi komanda hesabında 92 ölkə arasında 4-cü yerə çıxıb.
Çempionat isveçrə sistemi ilə 11 turdan ibarət keçirilib.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.