24 oktyabr 2015 14:30

Veselin Topalov: Bilirəm ki, yaxşı oynamıram

Avropa Kubokunda çıxış edən "SOCAR-Azərbaycan" şahmat klubunun üzvü, dünya çempionu Veselin Topalov 6-cı turdan sonra yarış haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Topalov ilk olaraq 6-cı turda Çexiyanın "Novi Bor" komandası üzərində qələbədən danışıb:

"İlk lövhədə Radoslav Voytaşekə qarşı mübarizə aparırdım. Maraqlı mübarizə oldu. Üstünlüyüm var idi, sadəcə, onu inkişaf etdirmək lazım idi. Rəqib o qədər fəal deyildi, passiv oynayırdı. Şadam ki, qələbə qazanmaqla komandamın uğur əldə etməsində pay sahibi oldum. Əsas məqsəd Avropa Kubokunun sonunda yüksək yer tutmaqdır".

Veselin Topalov ümumilikdə Avropa Kubokunda oyunundan razı qalmadığını bildirdi: "Oyunumdan razı deyiləm. Mən bilirəm ki, Skopyedə yaxşı oynamıram. Səbəbini bilmirəm, amma istədiyim oyun alınmır. Voytaşek üzərində qələbə qazandım, amma yenə də oyundan razı qalmadım. Bəzən partiya rahat keçir, bir də olur ki, narahat olursan. Avropa Kuboku ərəfəsində bütün fikrim bu yarış haqda idi. Bakıda keçirilən Dünya Kubokundan sonra yalnız "SOCAR-Azərbaycan"ın çıxışı haqda fikirləşirdim. Lakin istədiyim oyunu göstərə bilmirəm. Makedoniyaya gələndən sanki qəribə hisslər özünü göstərir. Sanki yorğunam, adam yatmaq istəyir. Digər tərəfdən 1-ci lövhədə oynadığımı unutmamalıyam. Klubların yarışında ən güclülər ilk löhvədə çıxış edir. Hər tur güclü rəqiblə oynamaq asan deyil".

Vladimir Kramnikə uduzmasından danışan Bolqarıstan şahmatçısı 5-ci turda rusiyalı dünya çempionuna məğlubiyyətini zəif oyunuyla izah etdi: "Həmin partiya ümumiyyətlə dəhşət idi. Debütdən pis vəziyyət aldım. Çıxış yolunu tapa bilmədim. İstədiyim oyunu sərgiləyə bilmədim. Zəif oynadım, çox zəif".

Son tur ərəfəsində "SOCAR-Azərbaycan" lider "Sibir"dən 2 xal geri qalır. Bununla belə Veselin Topalov 7-ci turda da qələbə qazanmağın vacib olduğunu bilrdidi: "Rusiya klubuna məğlubiyyətdən sonra birinci pillədəki yerimizi itirdik. İndi lideri izləyirik. Son turda da uğur qazanmaq vacibdir. Turnir cədvəlində komandalar bir-birilərinə çox yaxındır. Ona görə hər bir qələbə yekun nəticəyə təsir edir. Hər şey bizdən asılı olmasa da, son mübarizədən qalib ayrılmaq lazımdır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.