19 oktyabr 2015 11:30

SOCAR-Azərbaycan və Odlar Yurdu Avropa Kubokuna qələbəylə başladı

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib. Azerisport.az xəbər verir ki, 50 komandanın iştirak etdiyi Avropa Kuboku uğrunda mübarizədə Azərbaycan iki klubla təmsil olunur.

Bunlar Avropa Kubokunun son qalibi "SOCAR-Azerbaijan" və "Odlar Yurdu" klublarıdır. İlk turda yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan"  Finlandiyanın "Tammer-Şakki" kollektivini üstələyib 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb.

Digər klubumuz "Odlar Yurdu" İngiltərənin "Uayt Roz" komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbəylə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov məğlubiyyət acısı yaşayıb.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.