12 oktyabr 2015 17:45

Rauf, Teymur və Şəhriyar sürətli şahmat üzrə dünya çempionatında

Oktyabrın 10-da Almaniyanın Berlin şəhərində sürətli şahmat üzrə Dünya Çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionat İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilir.

Dünyanın ən güclü şahmatçıları da daxil olmaqla, 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil edirlər. 

10 turdan sonra Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen və Belarus şahmatçısı Sergey Jiqalko hərəyə 8 xal toplayaraq turnirə liderlik edirlər. Həmyerlilərimiz - Rauf Məmmədov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 7 xal toplayaraq 9-11-ci yerləri bölüşdürürlər. Eltac Səfərli və Qədir Hüseynov isə 6 xalla 34-35-ci pillədə qərarlaşıblar. Namiq Quliyev isə aktivinə 3.5 xal yazaraq 131-ci yerdədir.

Sürətli şahmat turniri oktyabrın 12-də başa çatacaq. Oktyabrın  13-14-də isə blits turnir keçiriləcək.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.