6 oktyabr 2015 01:00

Karyakin Bakıda 96 min dollar qazandı, Şahmat Olimpiadasının loqosu təqdim olundu

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib.

Nazir bildirib ki, Dünya Kuboku yüksək təşkilatçılıqla yanaşı güzəştsiz mübarizəylə də yadda qalıb: "Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə finalda möhtəşəm oyun izlədik. Hamıya məlumdur ki, şahmat Azərbaycanda çox sevilir, bu idman növünə böyük maraq var. Ölkəmizdə şahmatın inkişafının əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtları ölkə ərazisində 70-ə yaxın şahmat məktəbi inşa edilib. Hazırda dövlət başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir".

Azad Rəhimov bildirib ki, gənclərin dünyanın aparıcı şahmatçılarının oyununu izləməsi onların gələcək inkişafında böyük rol oynayır: "Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışına böyük marağın olması bizi sevindirir. Oyun günlərindən birində 600-ə yaxın tamaşaçının şahmat oyunlarını izləməsi xüsusi vurğulanmalıdır. Dünya Kuboku və Şahmat Olimpiadası kimi mötəbər yarışları Bakıya həvalə etdikləri üçün FİDE rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanırıq ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək".

Sonra çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov Bakıdakı Dünya Kubokunun nəticələr baxımından tarixə düşdüyünü dedi: "Bəzilər şahmatda heç-heçələrin çox olduğunu yazır. Amma Bakıdakı Dünya Kubokunda məhsuldar partiyalar çox oldu. Finalda Sergey Karyakinlə Pyotr Svidler tarixi oyunun qəhrəmanlarına çevrildi. Belə final bəlkə 100 il sonra da təkrarlanmayacaq.Çox yüksək performans izlədik. Karyakinlə Svidlerin görüşünün çoxu məhsuldar oldu. Bu final tarixə düşəcək. Belə yüksək səviyyəli Dünya Kuboku təşkil etdiklərinə görə Azərbaycan Şahmat Federasiyasına, Gənclər və idman Nazirliyinə, Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinə təşəkker edirəm".

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirdi. AŞF rəhbəri FİDE ilə əməkdaşlıq barədə məlumat verdi.

Mükafatlandırma mərasimində FİDE prezidenti Dünya Kubokunu yarışın qalibi Sergey Karyakinə təqdim etdi. İkinci yer üçün hazırlanan kubok Pyotr Svidlerə verildi. Reqlamentə əsasən Karyakin həmçinin 96 min dollara sahib çıxdı.

Tədbirin sonunda gələn il sentyabrda Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olundu. Loqo haqda məlumat verən Bakı Şahmat Olimpiadası və Dünya Kubokunun Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışda 175-ə yaxın ölkənin, 2000-ə yaxın şahmatçının iştirak edəcəyini bildirdi. Onun sözlərinə görə ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi Crystal Hall əks olunub. Mahir Məmmədov 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını qeyd etdi.

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.