5 oktyabr 2015 00:10

Azad Rəhimov: Əminəm ki, şahmat olimpiadası Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşlərini izləmək üçün "Fairmont" otelinə gələn Gənclər və İdman naziri Azad Rəhimov turnirin mətbuat xidmətinə açıqlama verib. Azerisport.az xəbər verir ki, nazir Azərbaycanda şahmatın inkişaf etdiyini vurğulayıb:

"Azərbaycanda şahmat ənənələri və uğurları mövcuddur. Biz onları itirmək istəməzdik. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsüylə şahmat məktəbləri inşa edilib. O zaman 70-ə yaxın məktəb tikilib. Hazırda dövlət başçısı İlham Əliyev bu işi uğurlar davam etdirir. Azərbaycanın hər regionunda şahmat məktəbləri fəaliyyət göstərir. Uşaqlar və yeniyetmələr şahmata böyük maraq göstərir. Ölkəmiz üçün şahmat üzrə mötəbər yarışlara ev sahibliyi etmək çox vacibdir. İlk olaraq uşaqların dünyanın aparıcı şahmatçılarının oyununu canlı izlədiyini vurğulamalıyam. Digər tərəfdən belə yarışlar ölkədə şahmatın inkişafına kömək edir. Gələn il ölkəmiz daha bir mötəbər yarışa - şahmat olimpiadasına ev sahibliyi edəcək. Bu tarixi qərar 2012-ci ildə İstanbulda baş tutan şahmat olimpiadasında qəbul edilib. Əminəm ki, şahmat olimpiadası Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Dünya Kubokunda çıxışı zamanı böyük ajiotajın olması bizi çox sevindirir. Oyun günlərindən birində yarışa 600-ə yaxın ziyarətçi gəlib, hətta zala əlavə oturacaqların gətirilməsinə məcbur olublar. Bütün bunlar gəncliyin və ictimaiyyətin şahmata olan marağını göstərir. Fikrimcə, gənclərin gələcək inkişafında şahmatın böyük rolu var. Bütün şahmatçılarımıza qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayıram".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.