3 oktyabr 2015 14:00

Svidlerdən Karyakinə iki zərbə

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşləri böyük maraqla davam edir. Azerisport.az xəbər verir ki, həlledici görüşdə Rusiyanı təmsil edən iki şahmatçı Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşır.

Mütəxəssislər rəqiblərin təxminən bərabər səviyyədə olduğunu söyləsə də, Svidlerin Dünya Kubokunda sərgilədiyi perfomansı unudurlar. Bakıdakı yarışda Pyotr yüksək performans və sürətli oyun nümayiş etdirir. Rəqiblərini yaxşı təhlil edən Svidler gedişlər zamanı uzun düşünmür.

Finala gəldikdə ilk iki görüşdə azarkeşlər Pyotr Svidlerin Sergey Karyakin üzərində qələbəsinə şahidlik etdi. Heç kim ilk görüşlərdə Karyakinin acınacaqlı məğlubiyyətini gözləməsə də, Sergey rəqibindən "iki zərbə" aldı. İlk partiyanın taleyini Svidlerin debütü həll etdi. Ağ fiqurlarla mübarizə aparan Pyotr maraqlı debüt seçimiylə Karyakini çaşdırdı. Saat yarımlıq oyundan sonra Svidler 16.d4 gedişiylə hamını təəccübləndirdi. Artıq çoxları şahmatçıların fiqurları dəyişəcəyini sonra isə heç-heçəyə razılaşacaqlarını gözləməyə başladı. Hər halda finalda istənilən halda Rusiya şahmatı qələbə qazanacaq. Deməli qrossmeysterlər klassik partiyalarda risk etməyə bilər.

İlk görüş göstərdi ki, Svidlerlə Karyakin arasında şahmat taxtasından kənarda heç bir danışıq olmayıb. Fiqurları dəyişməyə tələsməyən Svidler piyadanı itirmədi, üstəlik mərkəzdə irəliləməyə başladı. Karyakinin Rb8 gedişi məğlubiyyətini tezləşdirdi. Svidler üstünlüyü sona qədər davam etdirərək rəqibin şahını mat vəziyyətinə saldı. Bu məğlubiyyətdən sonra şok yaşayan Karyakin səhərisi gün belə özünə gəlmədi.

İkinci görüşdə Karyakin ağ fiqurlarla oynadı. Sözsüz Sergey əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışdı, amma yenə də bir sıra səhvlərə yol verdi. İlk görüşdə Svidler debütü sayəsində uğur qazanmışdısa, bu dəfə Karyakin özü rəqibin sevinməsinə kömək etdi. Ağ fiqurlar üstünlük qazansa da onu inkişaf etdirə bilmir. Nəticədə hətta kompyuter belə görüşün heç-heçə başa çatacağını proqnozlaşdırır. Ağ fiqurlar hücum etsə belə Svidlerin qara fiqurları ustalıqla müdafiə olunurdu. 38.Rd5 Nb6 gedişindən sonra Karyakin təslim olmağa məcbur oldu. Ağır fiqurlarını itirən Sergey oyun nizamını qoruya bilmədi. Düzünü desək, Svidler qələbə üçün heç nə etmədi, amma məğlubiyyətə də layiq deyildi. Pyotr sadəcə Karyakinin "hədiyyə"sindən istifadə etdi.

Beləliklə finalın nəticəsi bir qədər erkən məlum ola bilər. İlk iki görüşdə qələbə qazanan Svidler artıq Dünya Kubokunu qazanmağa çox yaxındır. Svidlerə 2011-ci ildəki uğurunu təkrarlamaq üçün ağ fiqurlarla heç-heçə kifayət edəcək. Bu gün saat 15-də həm Svidler, həm də Karyakin üçün tarixi oyun start götürəcək. Sayca 8-ci dəfə baş tutan Dünya Kuboku yeni sahibinə qovuşacaq. Svidler uğurun bir addımlığındadır, Karyakinə isə yalnız möcüzə kömək ola bilər.

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.