1 oktyabr 2015 12:40

Pyotr Svidler: Bu mənim karyeramda son şansımdır

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçısı Pyotr Svidler turnirin mətbuat xidmətinə açıqlama verib. Azerisport.az xəbər verir ki, Svidler final görüşünün çətin olacağını deyib:

"Finalın özü həlledici görüşdür. Ona görə rəqibin kim olması o qədər önəmli deyil. Həm Pavel Elyanov, həm də Sergey Karyakin güclü şahmatçıdır. İndiki halda Karyakinə qarşı hazırlaşmışam. Sergey Bakıda çox gözəl oyun göstərdi. Yaxşı formadadır. Hər ikimiz üçün çətin olacağını deməliyəm. Artıq iddiaçılar turnirinə vəsiqə qazanmışam. İndi finalda da uğurlu çıxış etmək istərdim. İddiaçılar turnirinə vəsiqə qazanmaq çox önəmli idi. Yaşım az deyil, bu o deməkdir ki, hər zaman yaxşı oynaya bilməyəcəyəm. Hər halda şahmat gəncləri sevir. İddiaçılar turniri dünya çempionluğu uğrunda mübarizə aparmağa şərait yaradır. Ona görə çox sevinirəm. Bu mənim üçün son şansdır. Dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaqla hədəfimə çatdım".

Svidler final görüşünə ağ fiqurlarla başlayacaq. Finalda şahmatçılar 4 dəfə üz-üzə gələcək. Qalib müəyyənləşməsə, finalçılar arasında tay-brek oynanılacaq. Svidlerin fikrincə həlledici görüşdə favorit yoxdur: "Dünya Kuboku kimi yarışlarda aşkar favorit olmur. Finalda təmkinli və düşünərək hərəkət etmək lazımdır. Tələsmək olmaz. Fikrimcə, şahmat azarkeşlərini maraqlı final gözləyir. Rusiyanın iki təmsilçisi mübarizə aparacaq. Güzəşt olmayacaq. Hər birimiz Dünya Kuboku qazanmaq istəyirik".

Pyotr Svidler Dünya Kubokunun təşkilatçılığını yüksək qiymətləndirdi və hər zaman Azərbaycana gəlməkdən məmnun qaldığını dedi: "Dünya Kuboku çox maraqlı keçdi. Təşkilatçılar xırda detalları belə nəzərə alıblar. Qidalanma yüksək səviyyədədir. Eyni zamanda bizə münasibət çox yaxşıdır. Əlbəttə, şahmatçılar fərqli insanlardı, çox şeyə fikir verməyə bilər. Lakin turnirin keçirildiyi məkan, zalın tərtibatı idealdır. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da yüksək səviyyədə keçirəcək. Ölkənizə gəlməkdən hər zaman məmnunam. Olimpiadada iştirak edib-etməyəcəyimi bilmirəm. Rusiya yığmasında rəqabət çox yüksəkdir. Son aylar heyətə düşmürəm, amma dəvət alsam hər zaman millinin şərəfini qorumağa hazıram".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.