1 oktyabr 2015 12:00

Sergey Karyakin: Artıq geriyə yol yoxdur

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya təmsilçisi Sergey Karyakin Dünya Kubokunun mətbuat xidmətinə açıqlama verib. Azerisport.az xəbər verir ki, Ukrayna əsilli şahmatçı yarımfinalda Pavel Elyanovu məğlub etməsindən danışıb:

“Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Amma tay-brekdə çətin anlar az olmadı. Müəyyən məqam var idi ki, rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım. Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. Lakin indi məni Dünya Kubokunu qazanmaq düşündürür”.

Karyakin finalda Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə görüşünün asan olmayacağını da söyləyib: “Finalda mübarizə tam fərqli olur. Artıq geriyə yol yoxdur. Hər ikimiz finalda mübarizə aparırıq. Amma Dünya Kuboku ikimizdən birinin olmalıdır. Əsas məqam tələsməməkdir. Bir səhv duelin taleyini həll edə bilər. Bakıda yarışdığım günlərdə Moskvada olan həyat yoldaşım çıxışımı izləyir. İstərdim ki, onu turnirdə qələbə qazanmaqla sevindirim”.

Dünya Kubokunun finalçısı yarışın təşkilatçılığı barədə də fikirlərini bildirib: “Azərbaycanda məni təəccübləndirmək çox çətindir. Çünki, Bakıda və Şəmkirdə yarışlarda iştirak etmişəm. Lakin bu dəfə turnirin yerləşdiyi gözəl otelə valeh oldum. Bakı hər il dəyişir. Təşkilatçılıq barədə yalnız xoş sözlər deyə bilərəm. Artıq indidən söyləmək olar ki, gələn il baş tutacaq şahmat olimpiadası da şahmat tarixində ən yaxşı təşkilatçılıqla yadda qalacaq”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.