24 sentyabr 2015 18:00

Şəhriyar Məmmədyarov: Belə bir gündə məni dəstəkləyən hər kəsə minnətdaram

“İlk növbədə hamını Qurban bayramı münasibəti ilə təbrik edirəm. Belə bir gündə məni dəstəkləyən hər kəsə minnətdaram”. Azerisport.az xəbər verir ki, bu sözləri Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 final mərhələsində Sergey Karyakinlə ikinci partiyada heç-heçə oynadıqdan sonra mətbuat konfransında deyib.

Bakıda keçirilən şahmat üzrə dünya kubokunun 1/4 final mərhələsinin ikinci görüşündə də şahmatçımız Sergey Karyakinlə heç-heçə edib. Məmmədyarov bu gün baş tutan partiyanı belə şərh edib: “Problem ondadır ki, dünən çox asanlıqla qalib gələ bilərdim. O cür şansı əldən verdikdən sonra bu gün oynamaq çətin idi. Debütdə bu gün bir qədər qeyri-adi oynadım. Bu, xüsusi ilə Dünya Kuboku üçün hazırlanan bir gediş idi. Partiyanın gedişində anladım ki, vəziyyət elə də yaxşı deyil. Rəqibimin yalnız zamanı az idi. Karyakin də risk etmək istəmirdi. Ona görə ikimiz də düşündük ki, tay-brekə getsək yaxşı olar”.

Şahmatçımız qeyd edib ki, buna qədər sürətli şahmatda Karyakinlə çox üz-üzə gəlib: “Onunla çox oynamışıq. Bəlkə də aramızda 50-yə yaxın belə görüş baş tutub. Amma bu dəfə fərqli rapiddir. Sabahkı görüşlərimiz daha dəyərlidir. Sabah maraqlı oyun olacaq. Sürətli şahmatda Karyakin 2012-ci ildə, mən isə 2013-cü ildə dünya çempionu olmuşam”.

“Tay-breki futboldakı penaltilər seriyası ilə müqayisə etmək mümkündürmü” sualını Məmmədyarov belə cavablandırıb: “Olar. Amma futbolda 5 penalti yerinə yetirilir. Burada isə 2 görüş olur. Yəni, şans futboldakından azdır. Penaltilər seriyasında 1:3 uduzan komanda sonda qalib ola bilər. Amma tay-brekdə bu mümkün deyil. 1:3 uduzursansa, bu, sondur. Məncə, yarımfınal üçün 2 rapid acınacaqlı və çətindir”.

Şəhriyar Məmmədyarov sonda azarkeşlərin dəstəyindən söz açıb: “Evdə oynamaq hər zaman çətin alınır. Amma bu turnirə fərqli baxıram. Təbii ki, vətəndə oynadığımı tam unuda bilməmişəm. Amma əsas odur ki, bu dəfə vəziyyət fərqlidir. Bu dəfə daha çox azarkeş dəstəyi hiss edirəm. Azarkeşləri sevindirmək üçün var qüvvəmlə çalışıram. Hər matç sonuncu ola bilər. Qarşımdakı rəqib səndən zəif deyil. Hər oyunda qələbə qazanmağa çalışıram”.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.