23 sentyabr 2015 17:30

Elman Rüstəmov: Şəhriyar Məmmədyarovun xarakteri daha çox irəliləməyə imkan verir

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, federasiya rəhbəri 1/4 finalda mübarizəni davam etdirən Şəhriyar Məmmədyarovun çıxışı barədə danışıb:

"Mütəmadi olaraq Dünya Kubokunda nəticələrlə bağlı məlumat alıram. Bu gün 1/4 finala gəlməkdə əsas məqsəd şahmatçımız Şəhriyar Məmmədyarova dəstək olmaq idi. Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindir. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindir".

1/4 finalda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır. Federasiya rəhbəri şahmatçımızdan bu görüşdə də uğur gözlədiyini bildirdi: "Şəhriyarın xarakterini bilirik, ona görə şahmatçımızdan daha böyük uğurlar gözləyirik. Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir. Şahmatda proqnoz vermək çətindir, amma biz ona inanırıq. Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə, Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".

Elman Rüstəmov bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirdi: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Mötəbər yarşın ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.