21 sentyabr 2015 11:00

Svidler: Topalova qarşı ikiqat diqqətli olmalıyam

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 1/8 finalda mübarizəni davam etdirən Rusiya təmsilçisi Pyotr Svidler Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, Svidler ilk olaraq 1/8 finaldakı rəqibi - bolqar şahmatçı Veselin Topalovla ilk görüşü barədə danışıb:

"Partiya asan olmadı. Topalov çox yaxşı müdafiə olunurdu. Bununla belə qələbə qazanmağı bacardım. Dünya Kubokunun reqlamenti çox mürəkkəbdir. Ona görə hər oyun diqqətli olmaq vacibdir. 1/8 finaldakı rəqibim Topalov turnirin reytinq favoritidir. Deməli ikiqat diqqətli oynamalıyam".

Pyotr Svidler əvvəlki mərhələdə - 1/16 finalda tay-brekdə məğlub etdiyi Azərbaycan şahmatçısı Teymur Rəcəbovla görüşdə vaxt amilinin həlledici rol oynadığını deyib: "İki klassik görüşdə qalib olmadı. Sürətli şahmatdakı ilk oyunda Teymurun üstünlüyü var idi. Sadəcə, təhlükə sovuşdu. İkinci görüşdə fərqli oynadım və rəqibi daha çox fikirləşməyə məcbur etdim. Rəcəbovun vaxtı çox az idi. Ona görə bir qədər tez qərar qəbul etməyə məcbur olurdu. Fikrimcə, vaxtın az olmasına görə Rəcəbov vəziyyətdən çıxa bilmədi".

Dünya Kubokunun iştirakçıları barədə danışan Svidler rəqabətin güclü olduğunu bildirdi: "Dünya Kuboku tarixində ən güclü yarış Bakıda keçirilir. Demək olar ki, planetin əksər güclü şahmatçıları yarışda iştirak edir. Baxmayaraq ki, Qata Kamski, Boris Gelfand, Vladimir Kramnik kimi şahmatçılar mübarizəni dayandırıb. Əsl mübarizə irəlidədir. Finala qədər uzun yol var. Ardıcıl oyunlar keçirmək müəyyən mənada yorğunluq yaradır. Ona görə çalışıram imkan daxilində açıq havada gəzişim. Fikrimcə, qarşıdakı oyunlar daha maraqlı olacaq və biz əsl mübarizə izləyəcəyik".

Mötəbər yarışın təşkilatçılığı barədə danışan Svidler oteldəki şəraiti xüsusi qeyd edib: "Karyeram ərzində belə gözəl oteldə qalmamışam. İnanın, doğru sözümdür. Bizim üçün burada hər cür şərait var. Şahmatçılara oteldə krallara layiq şərait yaradılıb. Ümumiyyətlə, Bakıda keçirilən hər bir yarış yüksək təşkilatçılıqla seçilir. Buna görə şahmatçılar hər zaman Bakıya böyük sevinclə gəlir. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da əla səviyyədə keçirəcək".

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.