21 sentyabr 2015 01:00

Məmmədyarov: Karuana ilə mübarizə hələ davam edir

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 3 saat 20 dəqiqəlik mübarizənin yekununda Karuananı mat edib. Görüşdən sonra keçirilən mətbuat konfransında Məmmədyarov partiya haqda bunları deyib:

"Debütüm o qədər uğurlu deyildi. Maraqlı açılışdan sonra üstünlük qazandım. Əvvəlcə vəziyyəti dəyərləndirmək çətin idi. Çünki, rəqib əks hücumla partiyada dönüş yarada bilərdi. Ehtiyatlı davranmaq lazım oldu. Hücumu inkişaf etdirdikdə müxtəlif variantlar gördüm. Ən sadəsini seçdim. İndiki zamanda partiyanın baxımlılığından çox nəticə önəmlidir. Bəlkə də o qədər baxımlı olmadı. Əsas nəticədir. Sona yaxın ağ fiqurlar təhlükəni artırdı. Hər bir fiqur rəqibə təzyiq edə bilərdi. İlk görüşdə qələbə qazanmaq yaxşıdır. Amma ikinci görüşü unutmaq olmaz. Karuanayla mübarizə hələ davam edir".

1/32 finalda Fabiano Karuana azərbaycanlı şahmatçı Rauf Məmmədovu məğlub etməklə Dünya Kubokundan kənarlaşdırıb. Bu mənada Şəhriyar uğur qazanmaqla həm də komanda yoldaşının intiqamını alacaq. Məmmədyarov şahmatda belə amillər barədə düşünmədiyini dedi: "Hər bir mərhələdə uduzan olur. O barədə düşünmürəm. Karuana çox güclü rəqibdir. Dünya reytinqində üst pillələrdə qərarlaşıb. Son illər stabil oyun sərgiləyir. Sözsüz daha çox şahmatçımızın mübarizəni davam etdirməsini istəyərdim. Belə fikirləşəndə düşünürəm ki, Raufla oynasaydım daha yaxşı olardı. O zaman azərbaycanlı şahmatçılardan biri istənilən halda 1/4 finalda olacaqdı".

Qeyd edək ki, 1/8 finalın ikinci görüşü bu gün saat 15:00-da başlayacaq. Məmmədyarov bu dəfə Fabiano Karuanaya qarşı qara fiqurlarla mübarizə aparacaq.

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.