17 sentyabr 2015 20:40

Məmmədyarov: Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk oyununda Şəhriyar Məmmədyarov hindistanlı idmançı Panayapan Seturaman üzərində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, görüşdən sonra Məmmədyarov mətbuat konfransında iştirak edib. Təcrübəli şahmatçı ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb:

“Bu dəfə fərqli oynadım. Rəqib isə məndən başqa gedış gozləyirdi. İlk dəfədir ki, həyatımda belə bir variantdan istifadə etdim. Təxminən 10 il əvvəl belə vəziıyyətdə uduzmuşdum. Bu dəfə isə ehtiyatı əldən vermədim. Sona yaxın bir gediş üzərində xeyli düşündüm. Partiya başa çatdıqdan sonra həmin gedişlə bağlı rəqibimə sual verdim. O isə bildirdi ki, fərqli oynayacaqdı. Belə çıxır ki, 50 dəqiqə boş yerə düşünmüşəm” (gülür).

Şahmatçımız rəqibi haqda da danışıb: “Təbii ki, rəqibim güclüdür. O, əvvəlki 2 mərhələdə 4 oyundan 3-ündə qalib gəlib, 1 dəfə heç-heçə oynayıb. Tay-brekin nə olduğunu bilmir. Hazırda yaxşı formadadır. Bu gün qalib gəlsəm də, rəqib güclüdür. Ümumiyyətlə, hər rəqibə hörmətlə yanaşmaq lazımdır”.

Şahmatçımız qeyd edib ki, Dünya Kubokunda iştirakçılar xeyli güc itirirlər: “Dünya Kubokunun qəribəliyi bundadır ki, yarış getdikcə idmançı yorulur. Sona yaxın şahmatçılar adi səhvlərə yol verirlər. Qələbə qazanmaq hər zaman xoşdur. Amma çox güc itirirsən. Elə oyunçular var ki, hər mərhələdə tay-brekdə oynayırlar. Bu isə o deməkdir ki, ardıcıl hər gün 8-9 saat düşünürsən. Yorğunçuluq qaçılmazdı. Çalışmaq lazımdır ki, maraqlı oyunlar olsun”.

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.