16 sentyabr 2015 00:00

Şəhriyar Məmmədyarov: Qalibin tay-brekdə məlum olmasını istəməzdim

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin cavab görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, ötən gün ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qadınlar arasında dünya çempionu Xou Yifanla növbəti dəfə heç-heçə oynayıb.

Məmmədyarov partiya haqda bunları deyib: "Bu gün qələbə qazanmaq istəyirdim. Oyunun əvvəlində üstünlük qazandım və hücum qurmağa çalışdım. Üstünlüyü hiss edirdim və buna görə sona qədər təzyiq göstərməyə çalışdım. Sadəcə, risk etməkdən imtina etdim. Reqlament elədir ki, risk özünü doğrultmaya bilər. Bu mənada risk etsəydim, nəticə fərqli də ola bilərdi. Risk etməyərək tay-brekə razılaşdım. Xou Yifan çox yaxşı oynadı. Kişi şahmatçılar kimi əzmkarlıq göstərdi. Bir çox kişi qrossmeysterlərə başağrısı olub. Ona görə onu ciddi rəqib kimi qəbul etmək lazımdır".

Şəhriyar Məmmədyarovla Xou Yifan arasında hər iki görüş heç-heçə başa çatdığı üçün qalib tay-brekdə müəyyənləşəcək. Məmmədyarov tay-brekdə qələbə qazanmağa çalışacağını söyləyib: "Sürətli şahmatda bir qədər fərqlidir. Cəld olmaq və tez fikirləşmək lazımdır. Sürətli şahmat üzrə dünya çempionuyam. Buna görə statusumu doğrultmalıyam. Sözsüz, istəməzdim hər şey tay-brekə qalsın. Belədə istirahət qazanacaqdım. Bununla belə həlledici görüşdə məsələni həll etməliyəm".

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.