14 sentyabr 2015 00:25

Qədir Hüseynov: 2-ci görüşdə Matlakova uduzmamalıydım

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Azerisport.az xəbər verir ki, təmsilçimiz Qədir Hüseynov bir oyun qalib gəlib, digər oyunda məğlub olduğu Maksim Matlakovu tay-brekdə hər iki oyunda məğlub edərək mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ qazanıb.

Rusiya şahmatçısını mübarizədən kənarlaşdıran Qədir Hüseynov fikirlərini Dünya Kubokunun mətbuat xidmətiylə bölüşüb: "İlk görüşdə ağ fiqurlarla oynayırdım. Debütdən sonra rəqibin vəziyyəti daha yaxşı idi. 20-ci gedişdən sonra hər ikimizin vaxtı az idi. Bu zaman daha yaxşı oynayaraq 40-cı gedişdən sonra üstünlük qazandım. Yekunda üstünlüyümü xala çevirdim, qələbə qazandım. İkinci görüşdə inanılmaz vəziyyətdə uduzdum. Maqnus Karlsen və ya dünya yığması gəlsin həmin vəziyyətdən çıxmaq inandırıcı görünmürdüm. Kompyuter -11 göstərirdi. Halbuki artıq -2 göstərəndə təslim olmaq düzgün qərar hesab edilir. Qələbəyə aparan gedişi görmədim, bu çox ağır idi. Sonda uduzdum. Həmin məğlubiyyətdən sonra inanmırdım ki, özümə gələcəm. Düzünü desəm, hazırda da sevincim tam deyil. İkinci görüşdəki məğlubiyyəti qəbul etmək mümkün deyil. Qalib gəlsəydim reytinqimə da təsir edəcəkdi. Üstəlik istirahət günü dincəlmək imkanım olacaqdı.

Tay-brekə heç hazırlaşmadım. Həyəcan itmişdi, amma uğur qazanmaq istəyirdim. Tay-brekin ilk görüşündə rahat oynadım və qalib gəldim. İkinci görüşdə heç-heçə lazım idi, amma hücum etdim və yenə qələbə qazandım".

Qədir Hüseynov növbəti rəqibi turnirin reytinqə görə 22-ci şahmatçısı David Navarayla görüş haqda bunları dedi: "Kifayət qədər güclü şahmatçıdır. Şahmat aləmi onu centelmen şahmatçı kimi tanıyır. Reytinqə görə dünya sıralamasında ilk 20-yə yaxın mövqedə qərarlaşıb. Sözsüz asan rəqib yoxdur. Sona qədər mübarizə aparmaq vacibdir. Əsas odur ki, öz şansını buraxmayasan. Özünə inanmalısan".

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.