14 sentyabr 2015 00:20

Teymur Rəcəbov: Dünya Kubokunda zəif rəqib yoxdur

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən Dünya Kubokunun ilk mərhələsində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, Şahmatçımız ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanı mübarizədən kənarlaşdırıb.

İlk iki oyunda heç-heçə edən Rəcəbov rəqibini tay-brekin hər iki partiyasında məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib. Qələbədən sonra Teymur Rəcəbov təəssüratlarını bildirib:

"İlk görüşdə kifayət qədər yaxşı şahmatçıya qarşı oynadım. ABŞ-ın tarixində ən gənc qrossmeyster olan istedadlı şahmatçıyla mübarizə apardım. Heç-heçəylə başa çatan görüşlər çətin alındı. Hərçənd ilk görüşdə yaxşı üstünlüyə malik idim. Rəqib həmin partiyada çətin vəziyyətdən çıxmağı bacardı. Qələbə qazanmaq üçün imkanım böyük idi. İkinci görüşdə isə həmkarım heç-heçəyə oynayırdı. Belədə ümumi nəticə bərabər olduğu üçün qalibi tay-brekdə müəyyənləşdirməli olduq. Tay-brekdə lazımi nəticəni qazandım. Dünya Kuboku üçün tay-brek normal haldır. Bəzi görüşlərdə duelin taleyi məhz tay-brekdə həll olunur".

Rəcəbov eyni zamanda Bakıda keçirilən Dünya Kubokunun iştirakçılar baxımından ən güclü olduğunu bildirib: "Dünya Kubokunda zəif rəqib yoxdur. Bütün şahmatçılar paytaxtımıza uğur qazanmaq üçün gəlib. Rəqabət çox yüksəkdir. Bakıdakı yarış Dünya Kuboku tarixində ən güclüdür. Hər bir şahmatçımız mümkün qədər yaxşı çıxış etməyə çalışır. Məqsədim hər mərhələni keçməkdir".

Dünya Kubokunun mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.