13 sentyabr 2015 13:20

Qata Kamski: Rəcəbovla Məmmədyarova azarkeşlik edəcəyəm

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku 2015-də ilk mərhələnin görüşləri başa çatıb. İlk mərhələdə iki görüşün nəticəsinə görə məğlubiyyət acısı yaşayaraq Dünya Kubokunu tərk edənlər sırasında ABŞ təmsilçisi Qata Kamski də var. Azerisport.az xəbər verir ki, Azərbaycanı tərk etməzdən əvvəl məşhur şahmatçı təəssüratlarını bölüşüb:

“Bu dəfə Dünya Kuboku mənim üçün uğurlu olmadı. Düzünü deyim ki, böyük nəticə gözləmirdim. Yarışa istədiyim kimi hazırlaşa bilmədim. Vaxt azlığına görə lazımi hazırlıq olmadı. ABŞ-da bir sıra turnirlərdə iştirak edirəm. Ona görə Dünya Kubokunu erkən tərk etməyim mənim üçün sürpriz olmadı. Şahmat bütün dünyada inkişaf edir, cavan nəsil yetişir. Bəlkə də ilk mərhələni keçmək olardı, bununla belə irəli gedə bilməyəcəkdim”.

Dünya Kubokununun təşkilatçılığı barədə danışan Kamski yarışın keçirildiyi otel haqda xoş sözlər deyib: “Hər dəfə Bakıda olan təəccüblənirəm. Bu dəfə otelin keçirildiyi binalar məni heyran etdi. Şahmatçılar üçün hər cür şərait yaradılıb. Bizə yaradılan şəraitdən razıyam. Təəssüf ki, bu dəfə Bakını tez tərk edirəm”.

Dünya Kubokunun iştirakçıları barədə danışan Qata Kamski gənc şahmatçıları xüsusi qeyd etdi: “İstərdim gənc şahmatçılar uğurlu çıxış etsin. Bəzən şahmatda eyni soyadları eşitmək adamı yorur. Axı hər turnirdə eyni adlar qalib gələndə insan üçün adiləşir. Sözsüz reytinq favorit Topalovdur. Lakin mən gənc şahmatçılardan uğur gözləyirəm. Dünya Kubokunu tərk edəndən sonra dostlarıma azarkeşlik edəcəm. Məmmədyarovla Rəcəbovun uğur qazanmasını istərdim. Onlarla uzun müddət eyni komandalarda çıxış etmişik”.

Şahmatla bağlı bütün suallara cavab verən ABŞ təmsilçisi yeni saç düzümünün ona xoş olduğunu deyib: “Şahmatdan çox saç düzümümlə bağlı soruşurlar. Uzun müddət qısa saç saxlamışam. İndi isə uzun saçlarım var. Mənə belə xoşdur. Deməli belə olmağı məsləhətdir”.

Dünya Kuboku - 2015 mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.