11 sentyabr 2015 00:30

Dünya Kubokunun açılış mərasimi keçirildi

Beynəlxalq Muğam Mərkəzində şahmat üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə qonaqlara Azərbaycanda şahmatın inkişafı və dünya kuboku yarışlarının reqlamenti haqda məlumat verilib. Daha sonra turnir haqqında videoçarx nümayiş olunub.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov turnir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, mötəbər yarışın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu yaxınlarda Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib və “Bakı-2015”də 50 ölkənin idmançıları medallar uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları da ölkəmizi layiqli şəkildə təmsil ediblər. İndi də hər kəs şahmat üzrə dünya kuboku yarışlarının yüksək səviyyədə keçməsi üçün əlindən gələni edir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda bir sıra beynəlxalq şahmat turnirləri keçirilib. Zəka idman oyununa dövlət tərəfindən diqqət və qayğı göstərilir. İ.Babayev bu turnirdə Azərbaycan şahmatçılarının uğurlu çıxışına ümid etdiyini deyərək, hər bir idmançıya müvəffəqiyyətlər arzulayıb.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov "Bakı-2015" birinci Avropa Oyunlarının təşkilatçılığından söz açaraq, hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb. K.İlyumjinov turnir iştirakçılarına uğurlar arzulayıb və Dünya Kuboku yarışlarını açıq elan edib.

Püşkatma mərasimində turnirin reytinq favoriti Bolqarıstan təmsilçisi Veselin Topalov iştirak edə bilməyib. Vaxtında Bakıya çata bilməyən Topalovun əvəzinə püşkatmada FİDE prezidenti Kirsan İlyumjinov iştirak edib. FİDE rəhbəri ilk olaraq ağ, sonra isə qara fiquru çıxarıb.

Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq. Mötəbər turnirdə Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edir. (Dünya Kuboku mətbuat xidməti)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.