9 sentyabr 2015 13:45

Şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir

Sentyabrın 10-da Bakıda start veriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. Azerisport.az Dünya Kuboku-2015-in mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq iştirakçı şahmatçılar və onların məşqçiləri ölkəmizə gəlməyə başlayıb. Bu gün FİDE prezidenti Kirsan İlyumjinov da paytaxtımıza gələcək.

Qeyd edək ki, bu gün saat 17:45-də Fairmont otelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də, saat 15:00-da start götürəcək.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.