7 sentyabr 2015 13:00

Dünya Kubokunun partiyaları canlı yayımlanacaq

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün partiyaları turnirin rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, oyunlar Azərbaycan, rus və ingilis dilində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.

Azərbaycan dilində partiyaları, əməkdar məşqçilər Anar Allahverdiyevlə Fikrət Sideyifzadə eləcə də yeniyetmələr üzrə millinin çalışdırıcısı Fərid Abbasov təqdim edəcək.  Rus və ingilis dilində isə məşhur şahmat eksperti, qrossmeyster Sergey Şipov, ukraynalı qrossmeyster Yevgeni Miroşniçenko, qrossmeyster Emil Sutovski, ukraynalı qrossmeyster, FİDE şərhçisi Yevgeniy Miroşniçenko, holland Dir Yan Van və Azərbaycan millisinin üzvü, Avropa çempionu Arkadi Naydiç şərh edəcək. 

Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Dünya Kubokunun ümumi mükafat fondu 1.600.000 ABŞ dollarıdır.

Dünya Kubokunun təntənəli açılış mərasimi sentyabrın 10-da saat 19-30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də oynanılacaq. 

Dünya Kuboku-2015-in mətbuat xidməti

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.