6 sentyabr 2015 12:45

Erməni şahmatçılar Bakıya gəlirlər

Sentyabrın 10-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilənin imzalanma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Dünya Kuboku-2015-in tərəfdaşı kimi “Badamlı”, “Baku Electroniks”, “Baku Taksi”, Modern Hospital, Meqa Sığorta, Red Bulla müqavilələr imzalanıb.

Tədbirin sonunda jurnalistlər üçün mətbuat konfransı keçirilib. Dünya Kubokunda Ermənistan şahmatçılarının da iştirak edəcəyini bildirib. Bunlar Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandan əlavə, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da Dünya Kubokuna qatılacaq.

Erməni şahmatçıların iştirakı ümumi qaydada olacaq: “Onların təhlükəsizliklərini təmin etmişik. Bütün iştirakçılar və yarışın özü “Fairmont Hotel”də olacaq. Onlar elə bu hoteldə qalacaqlar. Ona görə də erməni şahmatçıların mühafizələrini bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur”.

Məlumat verilib ki, Dünya Kubokunda iştirak üçün Harri Kasparova dəvət göndərilməyib və özünün də iştirak edəcəyi barədə məlumat yoxdur. Əslən bakılı dünya çempionunun gələn il Azərbaycan paytaxtında təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasına qonaq qismində qatılmaq istəyi var.

Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Dünya Kubokunun ümumi mükafat fondu 1 600 000 ABŞ dollarıdır.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.